Ağ paltarlardan sarı ləkələri necə aparmaq olar?

Xüsusilə ağ rəngli paltarlardan ləkəni təmizləmək çox çətindir.
Təbii üsullarla ləkələrdən qısa zaman ərzində qurtula biləcəksiniz.
Soda
Soda həm paltarlarınızı təmizləyir, həm də parladır. 250 qram soda və 1 litr suyu qarışdırın. Ləkəli paltarınızı qarışımın içində bir neçə dəqiqə saxlayın. Sonra paltarlarınızı paltaryuyan maşında normal şəkildə yuyun. Paltarlarınızın rənginin ilk alındığı günə döndüyünü görəcəksiniz.
Davamı →

Tər ləkələrini aparmağın yolları

Bir çox insan qoltuq altı bölgəsinin çox tərləməsindən şikayətçi olur. Bu tərləmə adətən geyimlərdə ləkə yaranmasına səbəb olur. Bu üsullarla paltarlarınızdakı ləkələrdən xilas ola bilərsiniz.

Duz üsulu
Duz geyimlərinizdəki tər ləkələrinin qısa zamanda yox olmasına yardımçı olacaq. Tər ləkəsi olan hissəni isladın. Üzərinə bir miqdar duz əlavə edin. Duz 12 saat ləkənin üzərində qalmalıdır. Sonra bir daha isladın və duz tökün. Parçanı yavaşca ovalayın. Ardından paltaryuyan maşında yuyun. Ləkələrin getdiyini görəcəksiniz.
Davamı →

Müxtəlif parçalardan olan paltarları necə yumaq lazımdır?

Yun
Müasir yun parçalar iki kateqoriyaya bölünür: yun və yarımyun. Birincinin tərkibində 90-100% yun var, ikincilərin tərkibində 20-90% yun və lavsan, kapron, yaxud viskoz var. Əgər tərkibin içində 50% süni saplar varsa, onda parçada parıltı və yumrular əmələ gəlir.

Yaxşı olar ki, yun paltarlar bir çox halda əllə, xüsusi vasitələrdən istifadə etməklə yuyulsun. Yun paltar yığılmasın deyə, onu bir az ilıq suda, eyni temperaturda yuyurlar və suya çəkirlər, heç vaxt islatmırlar və burub sıxmırlar.

Axırıncı dəfə yaxalayanda yun yığılmasın deyə, xüsusi kondisionerlər əlavə edin. Rəngi çıxan yun paltarı yuduqda ilıq suya duz və sirkə tökün. Müasir paltaryuyan maşınlarda yun üçün də rejim nəzərdə tutulub, lakin bahalı yun paltarları əllə yusanız daha yaxşı olar. Ümumiyyətlə, çalışın yun paltarları tez-tez yumayın.

Yun paltarı kölgədə astar üzünə sərilmiş halda qurudun. Sviterləri və şalları (pled) daha yaxşı olar ki, xovlu məhrabaların üstünə sərib qurudasınız.

Yun malları gün şüalarının altında qurutmaq qadağandır, lakin onlara təmiz hava lazımdır, odur ki, qarderobunuzun havasını müntəzəm dəyişmək sizin üçün adət halını almalıdır.
Ardı →

Yun paltarların yuyulması


Yun paltarı yumamışdan əvvəl (onları mümkün qədər az yuyun) onun rənginin çıxıb –çıxmamasını müəyyən etmək lazımdır.

Bunun üçün yun parçadan bir sap götürüb isti sabunlu suya qoyun, sonra çıxarıb pambıq parçaya bükün. Əgər rəngi çıxmırsa, yumaq olar.
Rəngi çıxırsa belə paltarı yumayıb kimyəvi təmizliyə vermək lazımdır.

Yun paltarı sabunlu ilıq suda yuyun. Yuyandan sonra bir neçə dəfə ilıq suda yaxalayın və axırıncı dəfə yaxalayanda suya bir qaşıq qliserin və bir neçə damcı naşatır spirti tökün ki, ləkələri aparsın və paltarın rəngi parlaqlaşsın.

Əgər suya bir az sirkədə əlavə etsəniz paltarın rəngi çıxmaz. Sudan çıxararkən paltarı sıxmayın. Yun paltarları düz yerə sərilmiş halda qurudun.
Rəngi çıxan yun paltarı yuduqda ilıq sabunlu suya duz və sirkə tökün.

Belə paltarı kölgədə astar üzünə sərilmiş halda qurudun.

Müəllif: Tahirə
Davamı →